“Hər şey Qarabağ üçün” kampaniyasının məqsədi işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, yüksək iqtisadi rifaha malik regiona çevrilməsi üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərməkdir. Dəstəyimizi ən böyük dəyərlərimizə sadiq qalaraq sosial məsuliyyət, həmrəylik, şəffaflıq və təvazökarlıq nümayiş etdirməklə edirik. Arzu edən hər kəsi doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmağa dəvət edirik.

Təşkilatçılar

Qarabağ Dirçəliş Fondu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında 2021-ci ildə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, habelə görülən işlərlə bağlı informasiya təminatını, maarifləndirmə və təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Fondun təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Ətraflı məlumat

Azərlotereya

Biz 2001-ci ildə yaradılan, hal-hazırda idman mərc və lotereya oyunları təşkil edən dövlət şirkətiyik. Son 3 ildə korporativ sosial məsuliyyət çərçivəsində əsas fəaliyyətlərimiz şəhid övladlarının təhsilinə dəstək olmaq, işğaldan azad edilmiş ərazilərimizin tezliklə inkişaf etmiş regiona çevrilməsinə töhfə verməkdir. Bu məsuliyyətli və şərəfli missiyanı səninlə birlikdə yerinə yetirməkdən məmnunluq duyarıq. Gəl doğma Qarabağımızı birgə dirçəldək.
Ətraflı məlumat

Necə dəstək olmaq olar?

"Azərlotereya”nın tirajlı lotereyalarında oynanılan hər bilet Qarabağımızın dirçəlişinə bir dəstəkdir. Sən də “Meqa 5/36”, “4+4”“Super Keno” tirajlı lotereya oyunlarına bilet alaraq dəstəyini göstərə bilərsən.

Tez-tez verilən suallar

Bizimlə əlaqə saxla

Qarabağ Dirçəliş Fondu

Azərlotereya

Telefon: